Bank işində, xüsusilə kreditləşmə sahəsində 13 ildən artıq təcrübəm var, bunun 10 ilini idarəçi olaraq çalışmışam. Kreditləşmə prosesinin bütün sahələrində təcrübəm vardır. Bilavasitə bankın kredit portfelinin formalaşdırılması, idarə edilməsi, dinamik və sağlam böyüməsi prosesinin təşkili, bankın kreditlərlə bağlı biznes proseslərinin yenidən qurulması, yeni məhsulların yaradılması, mövcud məhsulların təkmilləşdirilməsi, xərclərin optimallaşdırılması, heyətin idarə edilməsi, kredit məhsulları ilə bağlı layihələrin idarə edilməsi, kredit risklərinin təhlili və nəzarət, portfelin keyfiyyətinin yüksəldilməsi sahələrində fəaliyyət göstərmişəm. Rəhbərlik etdiyim dövrdə Bankın kredit portfeli və məhsulların çeşidliyi 3 dəfədən çox artmışdır.