Əldə etdiyim maliyyə təhsili və praktik biliklərimlə bank-maliyyə sahəsində peşəkar inkişaf yolundayam. Bakı Biznes Universitetində maliyyə ixtisası üzrə bakalavr təhsilimi tamamlamışam. Təhsil dövründə nəzəri biliklərimi gücləndirməklə yanaşı, Unibankda online kartların qeydiyyatı və müştəri xidmətləri üzrə 1 aylıq təcrübə keçmişəm. Bu müddət ərzində CRM və BPM proqram təminatı ilə işləməyi, sənədlərlə düzgün və sistemli şəkildə işləməyi, iş axınında dəstək göstərərək əməkdaşların iş yükünü azaltmağı və komanda mühitində effektiv fəaliyyət göstərməyi öyrənmişəm. Peşə bacarıqları üzrə əldə etdiyim nailiyyətlərə görə fəxri fərman və təşəkkürnamə ilə təltif olunmuşam. Daim öyrənməyə açıq, məsuliyyətli və analitik düşüncəyə malik bir namizədəm.
Unibankda keçdiyim 1 aylıq təcrübə müddətində əsasən online kartların qeydiyyatı və müştəri xidmətləri sahəsində bilik və bacarıqlarımı artırmışam. Təcrübə zamanı müştərilərlə birbaşa ünsiyyət qurmaq, onlara məhsul və xidmətlər barədə məlumat vermək, kart sifarişi, qeydiyyat və sənədləşmə proseslərini düzgün şəkildə aparmaq bacarığını əldə etmişəm. Bundan əlavə, CRM və BPM kimi proqram təminatları ilə işləməklə bank daxili əməliyyatların necə təşkil olunduğunu daha yaxından öyrənmişəm. Sənədlərlə sistemli işləmək, müştəri məlumatlarının düzgün emalı və xidmət keyfiyyətinə diqqət göstərmək təcrübə müddətində qazandığım əsas bacarıqlardandır. Bu təcrübə, həmçinin komanda daxilində işləmə, vaxtın idarə olunması və məsuliyyətli yanaşma kimi iş vərdişlərimi də inkişaf etdirməyə kömək edib.
🔹 Satış strategiyası: Müştərilərin ehtiyaclarını təhlil edərək uyğun məhsul məhsullarını verməklə satışları artırmışam.
🔹 Müştəri ilə əlaqəli: Daimi güclü güclü münasibətlər quraraq onların geri dönüş faizini artırmışam.
🔹 Kassa əməliyyatları: Günlük maliyyə hesabatlarını dəqiq və vaxtında hazırlamışam.
🔹 Daxili əməliyyatlar: Satış və kassadakı əməliyyatları optimallaşdıraraq mağaza iş prosesini sürətləndirdim.
Alison- ETF, Index Fund and Mutual Fund Investing