İqtisadiyyat üzrə təhsilimi yeni başa vurmuşam və öyrənməyə, peşəkar bacarıqlarımı inkişaf etdirməyə maraqlıyam. Analitik düşüncə qabiliyyətim və problem həll etmə bacarıqlarımla iqtisadi və maliyyə sahəsində təcrübə toplamağı hədəfləyirəm. Komandada işləmək və yeni biliklər əldə etmək mənim əsas güclü tərəflərimdir. Azərbaycan, Türk və İngilis dillərində sərbəst ünsiyyət qura bilirəm və öz bacarıqlarımı inkişaf etdirərək dəyər yaradan layihələrdə iştirak etməyə hazıram.