Verilən tapşırıqları vaxtında icra etmək, stressli vəziyyətdə işləmək bacarığı, yeni ideyalarla, təkliflərlə çıxış etmək, çətin vəziyyətdən çıxmaq bacarmaq, daima qanunları oxumaq və yeni qəbul edilmiş qanunvericilik aktlarını izləyərək tanış olaraq iş prinsiplərini yeni qanunvericiliyə uyğunlaşdırmaq
Xidmətin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların, təşkilati-sərəncamverici, metodik və digər normativ və qeyri-normativ sənədlərin layihələrini hazırlamaq və hazırlanmasında iştirak etmək;
Xidmətə daxil olan və Xidmətin strukturları tərəfindən hazırlanmış normativ hüquqi aktların və digər normativ sənədlərin, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hüquqi ekspertizasını həyata keçirmək və qanunvericiliyə uyğunluğuna dair rəy vermək;
Xidmətin sifarişçi qismində podrat müqavilələrini və digər növ müqavilələrinin hazırlanmasını, müqavilələrin hüquqi ekspertizasının aparılmasını və müvafiq rəyin verilməsini, Xidmətin iştirak etdiyi birgə layihələrin hüquqi təminatının təşkil edilməsini, Xidmətin əmr və sərəncam layihələrinin icraçı struktur bölmələri ilə birgə hazırlanmasını, aidiyyəti struktur bölmələri ilə razılaşdırılmasını təmin etmək;
Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək; habelə şöbəyə həvalə edilmiş tapşırıqların icra edilməsinə nəzarət etmək;
Şöbəyə üzrə qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək.
Xidmətin apardığı yazışmaların və daxili normativ sənədlərin qüvvədə olan qanunvericiliyin tələblərinə, Xidmətin idarəetmə strategiyasına uyğunluğunu təmin etmək;
Dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və qeyri hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən Xidmətə ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə və sorğulara qanunvericiliklə müəyyən olunmuş qaydada baxılmasını və qanunvericiliyə uyğun tədbirlərin görülməsini təmin etmək;
Xidmətin strukturlarına Xidmətin fəaliyyəti prosesində, habelə fəaliyyət istiqamətləri üzrə hüquqi yardım göstərir, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək;
Departamentin illik fəaliyyət planının icrasında iştirak etmək;
Şuranın iclaslarını təşkil etmək;
Şuranın iclaslarının protokolunu tərtib etmək və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim etmək;
Şuranın qərarlarının layihələrini hazırlamaq, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim etmək;
Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin etmək.
Ümumi Yığıncağın iclaslarını təşkil etmək;
Ümumi Yığıncağın iclaslarının protokolunu tərtib etmək və imzalanmaq üçün Yığıncağın üzvlərinə təqdim etmək;
Ümumi Yığıncağın qərarlarının layihələrini hazırlamaq, baxılmaq və imzalanmaq üçün Yığıncağın sədrinə təqdim etmək;
Ümumi Yığıncağın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin etmək.