Mən Familə Ceyranlı, 2002-ci il təvəllüdlü, Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsində təhsil alıram. Təhsil illərimdə qazandığım bilik və təcrübəni həm fərdi hazırlıqda, həm də kurslarda müəllim kimi tətbiq edərək pedaqoji fəaliyyətimdə uğurlar əldə etmişəm. Tədris prosesində analitik və məntiqi düşünmə bacarıqlarımdan istifadə etməklə, həm fərdi, həm də qrup şəklində dərslərin keyfiyyətli keçirilməsinə nail olmuşam.
Bank sektorunda karyera qurmaq məqsədi ilə əldə etdiyim ünsiyyətcil və analitik bacarıqlarımı, təşkilatçılıq qabiliyyətimi və nəticəyönümlü yanaşma tərzimi yeni sahədə tətbiq etmək istəyirəm. Mənim üçün müştəri məmnuniyyəti, dəqiqlik və məsuliyyət hər zaman əsas prioritet olub. Daim inkişaf etməyə, öyrənməyə və peşəkar fəaliyyətimdə daha yüksək nəticələr əldə etməyə maraqlıyam.
Mən 2023-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm və bu müddət ərzində ictimai fəaliyyətlərdə iştirakım həm təşkilatçılıq, həm də ünsiyyət bacarıqlarımın inkişafına töhfə verib. Təhsil və pedaqoji fəaliyyətimlə yanaşı, daim şəxsi inkişafıma diqqət yetirmişəm. Müxtəlif yaş qrupları ilə işləmək mənə həm səbirli olmağı, həm də insanlarla düzgün yanaşma tərzini qazandırıb.
Texnologiyalara marağım olduğundan, MS Office proqramları (Word, Excel, PowerPoint) ilə sərbəst işləyirəm və bu bacarığımı iş fəaliyyətimdə mütəmadi istifadə edirəm. Azərbaycan dilində mükəmməl, türk və ingilis dillərində isə yaxşı səviyyədə danışa bilirəm. Mənim üçün davamlı öyrənmək, müasir trendləri izləmək və onları peşəkar fəaliyyətimdə tətbiq etmək çox önəmlidir.
Müştəri yönümlülük, məsuliyyət və nəticəyönümlü işləmək prinsipləri mənim iş üslubumun əsasını təşkil edir. Qarşıya qoyulan hədəflərə çatmaq üçün səylə çalışır və hər zaman öz üzərimdə işləməyi qarşıma məqsəd qoyuram.