Tikinti və qaz layihələrində texniki nəzarət, sənədləşmə, material uçotu və subpodratçı firmalarla əlaqələrin təşkili sahəsində təcrübəm var. İş həcmlərinin və qiymətlərin müqayisəsi, texniki hesabatların hazırlanması və layihələrin keyfiyyətli şəkildə icrasına nəzarət üzrə fəaliyyət göstərirəm. Komanda ilə uyğun işləmək və texniki normativlərə riayət etmək prioritetimdir.
Dövlət əhəmiyyətli magistral qaz kəmərlərinin çəkilişi zamanı sahədə yerində baxışların aparılması və işlərin keyfiyyət standartlarına uyğunluğuna nəzarət.
Gündəlik podratçı fəaliyyətlərinin izlənməsi, yekun hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
İşlərin təsdiq olunmuş qrafikə uyğun və keyfiyyətli şəkildə icrası üçün komanda ilə birgə fəaliyyət.