
İqtisadiyyat sahəsində təhsil almış, mühasibat uçotu, vergi qanunvericiliyi,maliyyə sənədləşməsi və 1C proqramı üzrə biliklərə malik, məsuliyyətli və detallara diqqətli biriyəm. Milli Mühasibat Uçotu Standartları, Vergi Məcəlləsi və e-taxes portalı üzrə praktiki təlim keçmişəm. Analitik düşünmə qabiliyyətimi və peşəkar biliklərimi mühasibatlıq sahəsində tətbiq etməyə, bu istiqamətdə təcrübə qazanmağa və karyeramı davamlı şəkildə inkişaf etdirməyə çalışıram. Məqsədim mühasibatlıq sahəsində bilik və bacarıqlarımı genişləndirmək, peşəkar mütəxəssis kimi formalaşmaqdır.
Məhsulların sayının yoxlanılması və inventar sayımının aparılmasında iştirak
Məhsul məlumatlarının və qiymət etiketlərinin düzgünlüyünün yoxlanılması
Tapşırıqların vaxtında yerinə yetirilməsi və komanda ilə koordinasiyalı işləmək
Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq Mənfəət (Gəlir) vergisi, ƏDV, Sadələşdirilmiş vergi və sosial sığorta (DSMF) hesablamalarının aparılması
İlkin mühasibat sənədlərinin qəbul edilməsi, yoxlanılması və uçota alınması üçün hazırlanması
Elektron qaimə-fakturaların (E-qaimə) hazırlanması, göndərilməsi, yoxlanılması və e-taxes.gov.az portalı üzərindən işlənməsi
Gündəlik maliyyə, bank və kassa əməliyyatlarının uçotunun aparılması, ödəniş tapşırıqlarının hazırlanması
Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi və müvafiq kadr tutulmalarının hesablanması
Hesabların müxabirləşmələrinin qurulması, debitor və kreditor borclarının izlənməsi
Mal-materialların alışı, yerdəyişməsi, silinməsi, faktiki maya dəyərinin hesablanması və anbar sayımı/inventarizasiya sənədlərinin tərtibi
Əsas vəsaitlər üzrə amortizasiya hesablamalarının aparılması və uçotun aparılması
Mühasibatlıq sənədlərinin rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada arxivləşdirilməsi
1C: Müəssisə(8.3) - Müəssisənin uçot siyasəti və bazalarının sıfırdan quraşdırılması, alış-satış, kassa-bank və avans əməliyyatları, əlavə xərclərin daxil edilməsi, əsas vəsaitlərin uçotu, müxabirləşmələr və Dövriyyə-Balans Cədvəlinin (DBC) analizi.
Uçot və Vergi Qanunvericiliyi: Milli Mühasibat Uçotu Standartları, İkiqat yazılış, Hesablar planı, Müxabirləşmələr, Vergi Məcəlləsi (Mənfəət, ƏDV, Sadələşdirilmiş, DSMF), İlkin sənədləşmə
Portallar və Proqramlar: E-Taxes portalı (e-taxesgovaz), Elektron Qaimə-Faktura (E-qaimə), Internet Banking, MS Excel (Orta səviyyə: VLOOKUP, Pivot Table, SUMIFS), 1C Mühasibatlıq
Əməliyyatlar: Əməkhaqqı və kadr uçotu, Anbar / Mal-material uçotu, Debitor-kreditor üzləşmələri, Amortizasiya hesablamaları
Şəxsi Keyfiyyətlər (Soft Skills): Analitik təfəkkür, rəqəmlərlə dəqiq işləmə, yüksək məsuliyyət və dürüstlük, komandada işləmək bacarığı
MS Office (Excel - Orta səviyyə, Word), 1C: Müəssisə(8.3), Internet Banking, E-Taxes portalı