

9 ildən artıq müddətdir ki, Dövlət Sərhəd Xidmətində zabit nəzarətçisi vəzifəsində fəaliyyət göstərirəm. Peşə fəaliyyətim ölkəyə giriş-çıxış edən vətəndaşların sənədlərinin dəqiq yoxlanılması, sərhəd təhlükəsizliyinin təmin olunmasını əhatə edir. Xidmətim dövründə yüksək diqqətlilik və məsuliyyətli yanaşma nəticəsində sərhəd pozuntusu hallarının qarşısını aldığımdan dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişəm. Bununla yanaşı, aktiv həyat tərzi sürən, sosial məsuliyyətə malik şəxs olaraq könüllülük fəaliyyətlərində də iştirak etmişəm, ictimai təşəbbüslərə töhfə vermişəm.