Könüllü
İlk könüllü fəaliyyət təcrübəm ASAN könüllük hərəkatından başlamışdır. 2 aylıq fəaliyyət müddətimdə mədəniyyət carçısı layihəsində və müxtəlif təlimlər və tədbirlərdə aktiv iştirak etmişəm. İlk 1 ay könüllü, sonrakı 1 ay könüllülərin qrup rəhbəri seçildim. 2 aylıq fəaliyyətimin sonunda 2 sessiyalı şifahi və yazılı imtahan verərək 1-ci dərəcə sertifikat ilə təltif olundum. Məzun olduqdan sonra ASAN könüllüsü olaraq rəsm sərgisilayihələrində rəsm əsərlərimi göndərmişəm və digər layihələrdə iştirak etmişəm.