Gömrük və logistika sahəsində təcrübəli mütəxəssisəm. İş fəaliyyətim ərzində gömrük əməliyyatları, beynəlxalq ticarət və logistika proseslərinin idarə olunması sahələrində dərin bilik və bacarıqlar əldə etmişəm. Bütün növ bəyannamələrin doldurulması, gömrük əməliyyatlarının aparılması, CMR hazırlanması, sertifikatların alınması üçün müraciətlərin edilməsi (AQTA, Gigiyenik, Mənşə sertifikatı), gömrük kodunun alınması, daxili və xarici ödənişlərin icrası, vergi ödənişlərinin (DSMF, sığorta, sadələşmiş və s.) həyata keçirilməsi və qaimələrin hazırlanması üzrə geniş təcrübəyə malikəm. Həmçinin, tenderlər üçün tələb olunan bütün sənədləşmə proseslərini effektiv şəkildə idarə edirəm. Analitik düşüncə və detallara diqqət yetirmək qabiliyyətim sayəsində əməliyyatların səmərəliliyini artırır, müştəri məmnuniyyətini yüksəltməyə töhfə verirəm.