

3 illik proqramlaşdırma təcrübəsi olan, Java və C# dillərində proqramlar yazmış, öyrənməyə həvəsli, yeniliklərə açıq, bank sahəsində təcrübəyə malik bir proqramçıyam. Həmçinin texniki tapşırıqların tərtib edilməsi, masaüstü, Veb və mobil tətbiqlərin yaradılması, inkişafı, test və optimizasiya sahəsində təcrübəm var. Məqsədim — komanda ilə səmərəli işləyərək, zamanın tələblərinə və dizayn prinsiplərinə uyğun yüksək keyfiyyətli, təmiz proqram təminatı yaratmaqdır.