Data analitika sahəsində təcrübəçi olaraq çalışıram və bu sahədə nəzəri və praktiki biliklərimi davamlı olaraq genişləndirirəm. Python, SQL və Excel kimi alətlərdə əsas biliklərim var və data təhlili, vizuallaşdırma və hesabatların hazırlanması sahəsində təcrübə qazanmışam. Geniş data dəstləri ilə işləmə, məlumatların təhlili və tendensiyaların müəyyən edilməsi sahəsində maraqlıyam. Yeni texnologiyaları öyrənmək və analitik bacarıqlarımı inkişaf etdirmək üçün motivasiyalıyam.