

Psixoloji konsultasiya və psixoterapiya sahəsində bilik və praktiki təcrübəyə malik, Psixoloji Konsultasiya üzrə uzmanlıq təhsilini yüksək fərqlənmə ilə tamamlamış psixoloq. Koqnitiv-davranışçı terapiya (CBT) istiqamətində Prof. Dr. Hakan Türkçapar’ın rəhbərləyində beynəlxalq akkreditasiyalı peşəkar təlimlərə və superviziya dəstəyində praktiki təcrübəyə malikdir. Anksiyete, stress, emosional tənzimləmə və davranış problemləri sahəsində psixoloji müdaxilə və konsultasiya bacarıqlarına sahibdir. Eyni zamanda, elmi-tədqiqat metodologiyası, statistik məlumatların SPSS vasitəsilə təhlili və akademik araşdırmaların aparılması üzrə biliklərə malikdir. Elmi əsaslı, etik prinsiplərə söykənən və fərdi ehtiyaclara uyğun psixoloji dəstək göstərməyi hədəfləyir.
Klinik və terapevtik bacarıqlar
Psixoloji qiymətləndirmə və klinik müsahibə
Terapiya planlarının hazırlanması
Psixoloji müdaxilə strategiyalarının tətbiqi
Peşə etikası və məxfiliyin qorunması
Elmi tədqiqatların həyata keçirilməsi
SPSS statistik proqramı ilə məlumatların təhlili
Tədqiqat nəticələrinin şərhi və elmi hesabatların hazırlanması
Psixometrik ölçmə alətləri ilə işləmək