4 ildən artıq maliyyə təhlili, büdcələmə, və vergi uyğunluğu sahəsində təcrübəyə malik nəticəyönümlü mühasib. Maliyyə qaydalarına riayət etməklə, bir neçə mühasibatlıq vəzifəsini eyni anda idarə etmək bacarığını nümayiş etdirmişdir. Prosesləri sadələşdirmək və səmərəliliyi artırmaq üçün mühasibat proqram təminatından istifadə sahəsində bacarıqlıdır. Dəqiq maliyyə hesabatları vasitəsilə təşkilatın uğuruna töhfə verməyə yönəlmişdir.
İŞ TƏCRÜBƏSİ
“CRYSTAL CONSULTING GROUP” MMC
Bakı — 08/2021 - Hal-hazırda
Baş Mühasib
• Maliyyə qanunvericiliyinə uyğun gündəlik mühasibat əməliyyatlarının təşkili və aparılması
• Mühasibat uçotu sənədlərinin və ilkin sənədlərin təşkili
• Rüblük və illik vergi və DSMF hesabatlarının hazırlanması və təqdim olunması
• Elektron qaimələrin (e-qaimə) tərtibi və e-gov.az, e-taxes.gov.az, emas.gov.az platformalarında işləmək
• İşçilərin qeydiyyatı, əmək haqqı hesablanması, son haqq-hesabların aparılması
• ƏDV qeydiyyatı, fəaliyyətin dayandırılması/bərpası, bank hesablarının açılması və s. ilə bağlı sənədləşmə işləri
• Pul vəsaitlərinin hərəkətinə, maliyyə təhlilinə nəzarət
• Maliyyə hesabatlarının vaxtında hazırlanması və təqdim olunması
• Aktivlər, ehtiyatlar və digər maliyyə resursları üzrə əməliyyatlar
• Gündəlik əməliyyatlarda 1C 8.3 proqram təminatından istifadə
“QARANT-MÜHASİBAT-AUDİT-KONSALTİNQ” MMC
Bakı — 02/2021 - 08/2021
Mühasib Köməkçisi
• Mühasibat sənədlərinin və ilkin sənədlərin təşkili
• Vergi və DSMF hesabatlarının hazırlanması və təqdim olunması
• ƏDV qeydiyyatı, fəaliyyətin bərpası və ya dayandırılması, bank hesabı açılması, vergi qanunvericiliyinə uyğun sənədləşmə
• Mənfəət və zərərin proqnozlaşdırılması
• e-gov.az, e-taxes.gov.az, isb.az, BTB və digər platformalarla işləmək
• Əməkhaqqı hesablamaları, işçilərin qeydiyyatı və haqq-hesablar
• E-qaimələrin hazırlanması
• Vergi, DSMF və statistik hesabatların tərtibi
• Maliyyə hesabatlarının hazırlanması və təqdim olunması
• 1C 8.3 proqramında işləmək bacarığı
BACARIQLAR
Maliyyə analizləri və proqnozlaşdırma
Maliyyə hesabatlarının hazırlanması
Microsoft Power BI
Microsoft Office proqramları
Zamanın idarə olunması
Logix proqram təminatı üzrə biliklər
English B1
Russian A1
Turkish C1