2010-2018-ci illərdə Bakı Apellyasiya Məhkəməsində həm cinayət, həm də mülki kollegiyalarda hakim köməkçisi vəzifəsində çalışmışam. Çalışdığım müddətdə hüququn real tətbiqinin şahidi olmuş, hazırladığım layihələrdə bacardıqca düzgün tətbiq etməyə səy göstərmişəm. Əldə etdiyim təcrübə və nəzəri biliklə hüquqşünaslığın ən çətin imtahanlarından olan hakimliyə namizədlərin 6 pilləli müsabiqə və müsahibə mərhələlərini uğurlu adlayaraq AR Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2018-ci il tarixli sərəncamı ilə Ağdaş Rayon Məhkəməsinə hakim təyin edilmişəm.
Çalışdığım müddətdə minlərlə mülki işlər, özəlliklə ailə hüquq münasibətlərindən irəli gələn məsələlər üzrə , yüzlərlə cinayət işləri, inzibati xətalara dair işlər icraatımda olmuşdur.
Hesab edirəm ki, əldə etdiyim zəngin təcrübə gənc hüquqşünasların praktik hüquqşünas kimi yetişməsində faydalı ola bilər.
Advanced Cybercrime and Electronic Evidence Training for Judges and Prosecutors