Mən, Rüfət Həsənov, işimdə hər zaman yüksək nəticələr əldə etməyə can atan və bu məqsədlə həm fərdi, həm də komanda şəklində çalışan məsuliyyətli və təşkilatçı bir insanam. Əldə etdiyim təcrübə və bacarıqlarımı daha da inkişaf etdirərək, cavabdeh olduğum işləri müvəffəqiyyətlə yerinə yetirməyə çalışıram. Film izləmək və kitab oxumaq mənim ən sevdiyim hobbilərimdəndir, çünki bu məşğuliyyət növləri həm şəxsi inkişafıma kömək edir, həm də mənə yeni ideyalar və perspektivlər qazandırır. Yaradıcı düşüncə və düzgün planlaşdırma ilə hər bir layihədə uğur qazanmaq üçün əlimdən gələni edirəm.
CCİ Azərbaycan tərəfindən təşkil edilən "Baki,Endirim Mağazaları Kanalı MİT Liqası" yarışmasının 2021 - ci il qalibiyəm.
BC kateqoriya sürücülük vəsiqəm var
Şirkətin məhsullarının təhlükəsiz, operativ, və vaxtında müştərilərə çatdırılmasını təmin etmək.
Gündəlik marşrut planlamasını effektiv şəkildə təşkil etmək və optimal çatdırılma yollarını müəyyənləşdirmək
Müştərilərlə daim əlaqədə olmaq, sifarişlərin düzgün təhvil verilməsini, və müştəri məmnuniyyətini təmin etmək.
Sənədlərin (qaimə, faktura, təhvil-təslim aktları və s.) düzgün hazırlanmasını və qeydiyyatını aparmaq.
Anbar və satış komandası ilə sıx əməkdaşlıq edərək sifarişlərin vaxtında və problemsiz icrasını təmin etmək
Yükdaşıma prosesində yaranan problemləri operativ həll etmək, və rəhbərliyə hesabat vermək.