Komanda daxilində işləmək bacarığı yüksək səviyyədə olan, öz üstündə işləyən, daim yeniliklərə açıq, öyrənmə həvəsi yüksək, insan münasibətlərinə xüsusi önəm verən biriyəm.
Müqavilələrin ekspertizası, dövlət orqanları qarşısında Cəmiyyətin təmsil edilməsi, dövlət orqanlarından, təşkilatlardan, habelə vətəndaşlardan daxil olan sorğulara cavab hazırlanması prosesində digər struktur bölmələrə hüquqi baxımdan dəstək verilməsi, normativ sənədlərin, o cümlədən əmrlərin, qaydaların, iclas protokollarının hazırlanması, habelə hazırlanmış normativ sənədlərə hüquqi rəy verilməsi.
Müqavilələrin tərtib edilməsi, satınalma sənədlərinin hazırlanması, dövlət orqanları qarşısında Cəmiyyətin təmsil edilməsi, daxil olan sorğulara, məktublara, müraciətlərə cavab hazırlanması, satınalma zamanı təchizatçının nümayəndəsi qismində çıxış edilməsi, əmək müqavilələrinin tərtibi, dəyişikliyi, xitamı zamanı digər struktur bölmələrə dəstək verilməsi, ƏMAS, Elektron Məhkəmə, E-tender sistemlərində Cəmiyyətin faəliyyətini təşkil etmək.
Satınalma komissiyasında iştirak, müəssisənin müqavilələrinin hüquqi ekspertizasının həyata keçirilməsi, müəssisəyə daxil olan müraciət, məktub və sorğuların cavablandırılması, fəaliyyət zamanı yaranan problemlərlə əlaqədar məsələlərə hüquqi rəy verilməsi və digər struktur bölmələrə dəstək göstərilməsi, mülkiyyətçi dəyişikliyi ilə əlaqədar aparılan sənədləşmə işlərinin həyata keçirilməsi.
Məhkəmələrə iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması, dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara müraciətlərin, habelə, vəkil sorğularının tərtib olunması, vəkillik fəaliyyətinə dair tərtib olunan bütün növ sənədlərin hazırlanması, ailə, əmək, mülki, sosial, cinayət, inzibati xəta, inzibati qanunvericiliklə bağlı sənədlərin tərtibi.
Məhkəmələrdə bankın təmsil edilməsi, iddia ərizələrinin hazırlanması, apellyasiya, kassasiya şikayətlərinin tərtib olunması, daxil olan müraciətlərin cavablandırılması və s.
2019 iyul -2021 iyul