

Peşəkar inkişaf yolumda məqsədim təşkilatlarda ünsiyyət, idarəetmə və layihə işlərini daha səmərəli etməkdir. Könüllü fəaliyyət və sosial layihələrdə iştirakım mənə məsuliyyətli olmağı, analitik düşünməyi və düzgün qərar verməyi öyrədib. Daim öyrənməyə və inkişaf etməyə açıq biri kimi çalışdığım yerdə yenilikçi yanaşmalar tətbiq edərək təşkilatın inkişafına töhfə verməyi qarşıma məqsəd qoyuram.