Mən memarlıq və dizayn üzrə ali təhsilli, yaradıcılıq və texniki bilikləri birləşdirməyi bacaran gənc mütəxəssisəm. İnteryer dizayn layihələrində praktik təcrübəm var və müştərilərlə birbaşa ünsiyyətdə uğurla işləyə bilirəm. Effektiv komanda işi, vizual təqdimat bacarıqları, problemin operativ həlli və estetik yanaşma dizayn prosesində uğurla tətbiq etdiyim əsas səlahiyyətlərdir.
Müxtəlif yaşayış və ofis sahələri üçün interyer dizayn layihələrinin hazırlanması.
AutoCAD və 3Ds Max programlarında 2D planların və 3D vizualizasiyaların yaradılması.
Müştəri tələblərinə uyğun dizayn konsepsiyalarının hazırlanması və təqdim edilməsi.
Layihə boyu müştəri ilə birbaşa əlaqə saxlamaq və lazımi düzəlişlər etmək.
Müştəri tələblərinin dizayna uyğunlaşdırılması və onların layihə prosesinə inteqrasiyası.