

13 illik Satış və Logistika sahəsində çalışmış, müştəri yönümlü və məsuliyyətli əməkdaşam. Müştəri ehtiyaclarını düzgün analiz edərək satışların artırılmasına və uzunmüddətli əməkdaşlıqların qurulmasına töhfə vermişəm. Eyni zamanda sifariş və çatdırılma proseslərinin düzgün idarə olunmasında təcrübəm var.
• Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
• Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi;
• Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
1. Daşınmaların planlanması.
2. Sahələr üzrə nəqliyyatın koordinasiyası
3. Daxili nəqliyyatın idarə olunması, gündəlik daşınmalara nəzarət və problemlərin operativ həll edilməsi
4. Nəqliyyat şirkətləri ilə iş və performansın qiymətləndirilməsi
5. Daşınma xərclərinin analizi
6. Logistika və daşımalar üzrə tender sənədlərinin hazırlanması
7. Bazar araşdırmalarının aparılması və qiymət müqayisələrinin hazırlanması