
Dəniz sərhədlərinin mühafizəsi, Dövlət əhəmiyyətli tapşırıqların, əməliyyatların icrası, hərbi gəmi idarəçiliyi, heyətin və gəmilərin koordinasiyası sahəsində 20 ildən artıq təcrübəyə malik peşəkar zabit. Mexaniklikdən başlayaraq gəmi komandiri və şöbə rəisinin müavini vəzifələrinə qədər yüksəlmişdir. Almaniya, Türkiyə, İsrail və İsveçrədə beynəlxalq təlimlər keçmiş, dövlət əhəmiyyətli tapşırıqların icrasında və dövlət sərhədinin etibarlı mühafizəsində birbaşa iştirak etmişdir. Fərqlənmə diplomlu məzun olaraq yüksək nizam-intizam və strateji idarəetmə bacarıqlarına sahibdir.