

Azərbaycan Dillər Universitetində italyan dili ixtisası üzrə ali təhsil almışam. Təhsil müddətində və sonrakı dövrdə müxtəlif yazılı və şifahi tərcümə fəaliyyətləri ilə məşğul olmuşam. Bununla yanaşı, bank sektorunda Problemli Kreditlər üzrə Kiçik Mütəxəssis vəzifəsində çalışaraq müştərilərlə ünsiyyət, analitik təhlil, sənədlərlə işləmə və problem həlli sahələrində praktiki təcrübə qazanmışam.
Məsuliyyətli, intizamlı və nəticəyönümlü bir şəxs olaraq tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirməyə önəm verirəm. Analitik düşünmə, komanda ilə əməkdaşlıq, operativ qərarvermə və yeni bilikləri mənimsəmə bacarıqlarına sahibəm. Mövcud bilik və təcrübəmi daha da inkişaf etdirərək peşəkar fəaliyyətimdə yeni nailiyyətlər əldə etməyi hədəfləyirəm.