10 ildən çox peşəkar iş təcrübəsinə malik, korporativ satış və müştəri münasibətlərinin idarə olunması sahəsində ixtisaslaşmış mütəxəssisəm. Avtomobil və ehtiyat hissələri bazarında uzunmüddətli fəaliyyətim ərzində korporativ müştəri portfelini formalaşdırmış, satış hədəflərinə uğurla çatmış və tender proseslərində iştirak etmişəm. Müştəri məmnuniyyətinə önəm verərək yeni əməkdaşlıqlar yaratmaq, bazar payını artırmaq və şirkətin gəlirliyini yüksəltmək əsas məqsədlərimdən olub. Eyni zamanda elektrik mühəndisliyi sahəsində təhsil və təcrübəm mənə analitik düşünmə və texniki məsələləri tez həll etmə bacarığı qazandırıb. Özümü məsuliyyətli, nəticə yönümlü və komanda ruhuna uyğun bir satış peşəkarı kimi təqdim edirəm.
Kitab oxumaq, şəxsi inkişaf
Futbol və idman
Texnologiya və avtomobil sahəsində yenilikləri izləmək