
Technest Təqaüd Proqramında 100% təqaüd ilə seçilmiş və tam maliyyələşdirilmiş proqram iştirakçısı olaraq, android proqramlaşdırma biliklərimi və praktiki bacarıqlarımı ATL Academy-də daha da inkişaf etdirmişəm. Kotlin, HTML, CSS kimi proqramlaşdırma dillərində bacarıqlarım var. Android tətbiqlərinin hazırlanmasında ViewBinding, RecyclerView və Navigation Component kimi əsas texnologiyalardan istifadə etmişəm. Firebase ilə istifadəçi autentifikasiyası və verilənlər bazasının idarə olunması sahəsində təcrübəm mövcuddur. Kotlin Coroutines, LiveData və ViewModel vasitəsilə asinxron proqramlaşdırma və verilənlərin idarə olunmasını təmin etmişəm. REST API-lərin inteqrasiyası və Retrofit kitabxanasından istifadədə təcrübəliyəm. Glide və Picasso ilə şəkil yükləmə işlərini həyata keçirmişəm. Versiya nəzarəti üçün Git və GitHub istifadə etmişəm. UI dizaynında Material Design prinsiplərinə riayət edirəm. Komanda daxilində Agile metodologiyaları ilə işləmək və uzaqdan (remote) layihələrdə iştirak etmək təcrübəm var.
Technest Təqaüd Proqramı
100% təqaüd ilə seçilmiş və tam maliyyələşdirilmiş proqram iştirakçısı olaraq, proqramlaşdırma biliklərimi və praktiki bacarıqlarımı daha da inkişaf etdirmişəm.