Təcrübəli uro-nefroloq həkiməm. Xroniki böyrək çatışmazlığı, böyrək daşları, sidik yolları infeksiyaları və glomerulonefritlərin diaqnostika və müalicəsində peşəkar yanaşma nümayiş etdirirəm. Pasiyentlərə fərdi yanaşır, dəqiq klinik qərarlar verir və multidisiplinar komanda ilə səmərəli əməkdaşlıq edirəm. Müasir tibbi protokollarla işləməyə üstünlük verir və biliklərimi daim təkmilləşdirməyə çalışıram.
25 illik iş təcrübəm var və hazırda həm nefroloji, həm də uroloji sahələrdə müxtəlif növ xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul oluram. Pasiyentlərin kliniki vəziyyətini qiymətləndirir və onlara fərdi müalicə planları hazırlayıram. Xroniki böyrək çatışmazlığı, böyrək daşı xəstəliyi, sidik yolları infeksiyaları, glomerulonefritlər və digər uro-nefroloji xəstəliklərin idarə olunmasında geniş təcrübəyə malikəm.