Tikinti sahəsində 13 ilə yaxın təcrübəm var. Karyerama iş icraçısı köməkçisi kimi başlamışam və bu illər ərzində müxtəlif layihələrdə çalışaraq layihə rəhbəri mövqeyinə qədər yüksəlmişəm. Bu müddət ərzində həm sahədə, həm də ofis mühitində işin bütün mərhələlərində yaxından iştirak etmişəm – layihələndirmədən icraya, təchizatdan komanda idarəçiliyinə qədər. İşimi planlı, məsuliyyətli və nəticə yönümlü görməyə üstünlük verirəm. Komandamla birgə vaxtında və keyfiyyətli nəticə əldə etmək əsas prioritetlərimdəndir. Gərgin iş rejimində işləməyi, problemləri tez analiz edib praktik həll yolları tapmağı bacarıram.