Mühasibat uçotu, maliyyə hesabatlarının hazırlanması, vergi və statistika hesabatlarının qanunvericilə uyğun təqdimatı, elektron dövlət sistemləri ilə işləmə sahəsində 6 ildən çox praktiki təcrübəyə malik mütəxəssisəm.
Yeniliklərə açıq olma, daim öyrənmə həvəsi məndə praktiki mühasibat uçotunu öyrənməklə yanaşı, ERP sistemlərini peşəkar səviyyədə mənimsəməyimə kömək olmuşdur.
Peşəkar inkişafı dai prioritet hesab edir, yeni bilik və texnologiyaları öyrənərək gələcək fəaliyyətimdə tətbiq etməyə üstünlük verirəm.
Qonaqları qarşılamaq, otel haqqında məlumat vermək və qeydiyyat prosesini həyata keçirmək
Ödənişlərin nağd və posterminal vasitəsilə alınmasını təşkil etmək
Telefon zənglərini və rezervasiyaları qəbul etmək
Daxil olan sifariş və müraciətləri aidiyyatı şöbələrə yönləndirmək
Hesabatların düzgün aparılması və sənədlərinin qeydiyyatı
e-mail və yazışmaların həyata keçirilməsi, qonaq sorğularının və şikayətlərinin qeyd edilməsi
Debitor və kreditor borcların uçotunun aparılması, kontragentlərlə üzləşmələr həyata keçirmək, ödənişlərin Tacir.Pro proqramında işlənilməsini təmin etmək
Gündəlik alış, satış əməliyyatlarının Tacir.Pro proqramında uçotunun aparılması
Aylıq gəlir xərc hesabatlarının hazırlanması, gündəlik xərclərin təhlili, uçotunun aparılması
Kassa əməliyyatlarına nəzarət
İşçilərin əmək haqqı ödənişinin təmin edilməsi
İşçilərin ƏMAS sistemi üzərindən əmək müqavilələrinin rəsmiləşdirilməsi
İşçilərin əmək haqqı, məzuniyyət, mükafatlarının hesablanması və ödəniş prosesinin xəzinədarlıq portalı üzərindən təmin edilməsi
Əsas vəsaitlərin, QMA-ların uçotunun aparılması, amortizasiyasının hesablanması, qalıq dəyərinin çıxarılması, silinməsi
Material ehtiyatlarının uçotunun aparılması, inventarizasiyası
Aylıq, rüblük və illik maliyyə, vergi, statistika və əmlak hesabatlarının hazırlanması və aidiyyatı qurumlara təqdim edilməsi
İnternet Banking sistemləri vasitəsilə ödənişlərin həyata keçirilməsi
Mühasibat səədlərinin qanunvericiliyin tələblərinə uyğun işlənməsi, saxlanması və arxivləşdirilməsini təmin təmin etmək
Vətəndaş məlumatlarının BAMS(Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi) proqramına daxil edilməsi
Aylıq, rüblük və illik gəlir və xərclərin, vergi borclarının BAMS proqramına daxil edilməsi
Protokolların tərtibi, müvafiq dövlət orqanlarına məktubların tərtibi və göndərilməsi