

Müştəri xidməti, məlumatların idarə olunması və identifikasiya prosesləri üzrə təcrübəli əməkdaşam. Bank, təhsil və satış sahələrində qazandığım təcrübə sayəsində müştəri müraciətlərinin operativ idarə olunması, məlumatların dəqiq yoxlanılması, komanda ilə effektiv əməkdaşlıq və təhlükəsizlik prosedurlarına uyğun işləmə bacarıqlarına sahibəm. Məsuliyyətli, detallara diqqətli və inkişaf yönümlü biri olaraq iş proseslərində yüksək nəticə göstərməyə çalışıram. Komplayens, idarəetmə, risk nəzarəti və monitorinq istiqamətində inkişaf etməyə maraqlıyam.
Bakı KOB İnkişaf Mərkəzi
Təlimçi: Leyla Rəhimova
Təlimlər:
2022-ci ildə Ciğır İB-də “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində layihə hesabatının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi-nə təqdim olunmasında iştirak edib.
Azərbaycanın müxtəlif rayonlarının ucqar kəndlərinə gedərək, orada uşaqların təhsilə və kitab oxumağa olan maraqlarını artırmaq məqsədilə tələbə olaraq motivasiyaedici çıxışlar edib, təşkilati işlərdə iştirak edib. Həmçinin tələbələrin ali təhsil haqlarının ödənilməsinə dəstək məqsədilə Ciğır İB-in nəzdində həyata keçirilmiş kermeslərdə könüllü tələbə kimi dəstək göstərib.
Eyni zamanda universitet daxilində fəaliyyət göstərən Bir Könüllü təşkilatında könüllü kimi flaşmoblarda iştirak edib.
2019-cu il 7 dekabr tarixində təşkilatçılar Baku Business School və CEO Club tərəfindən Avropa Azərbaycan Məktəbi-ndə təşkil olunmuş CEO Summit Baku 2019 tədbirində iştirak edib. Tədbirdə iş həyatı, karyera, təşəbbüskarlıq, qlobal şirkətlərdə idarəçilik, iş adamının həyat hekayəsi, özünü inkişaf və sahibkarlıq mövzuları müzakirə olunub.