

2016-ci ildən etibarən bugünədək Bank Respublikada çalışıram. Hal-hazırda Bank Respublikada Korporativ müştəri xidməti üzrə aparıcı mütəxəssis vəzifəsində işləyirəm.
Həm hüquqi şəxs, həm fərdi sahibkarlarla işləyir, korporativ müştərilərə dair bütün növ əməliyyatları (pul köçürmələri, xarici köçürmələr, YGB ilə köçürmələr, avans köçürmələri, internet ofis üzərindən müştəri tərəfindən edilən köçürmələrin yoxlanıb icra edilməsi, hesabların açılması, aparılması və bağlanması, kart hesabları, bankın tranzit hesabına daxil olan vəsaitlərin müvafiq müştərilərin hesablarına köçürülməsi və s.) icra edirəm.
Həmçinin ingilis dilli təhsilim olduğu üçün filialın xarici dilli müştərilərinə də əməliyyat sahəsində xidmət göstərirəm.
Düzgün kommunikasiya, operativlik və bilik sayəsində hər zaman müştəri məmnuniyyəti qazanmış və bu da davamlı olaraq işlədiyim müştərilər tərəfindən banka daim yeni müştərilərin cəlb olunmasına səbəb olmuşdur.
2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində MBA proqramı üzrə magistr qrupuna ingilis şöbəsində müəllim olaraq (bankda işləyə-işləyə paralel olaraq uni-də saat hesabı ilə axşam şöbəsində) dərslər keçmişəm.
Bank Respublika ASC-nin müxtəlif bank təlimlərində iştirak etmiş və daim nəzəri biliklərimi möhkəmləndirmişəm.
Erkən yaşlarımdan ingilis dilini mənimsəmişəm Həmçinin İELTS sertifikatı da almışam Azərbaycan, rus, ingilis və türk dillərində sərbəst danışa bilirəm Həm yazılı, həm də şifahi formada ingilis dilində səlis dil biliyinə malikəm Komanda mühitinə tez öyrəşirəm və komandada işləməyi və sağlam rəqabəti sevirəm və bacarıram Uzun illərdir ön ofisdə çalışıb təcrübə qazandığım üçün hazırda tam əminliklə özümü işimin peşəkarı hesab edə bilərəm Universitetdəki pedaqoji fəliyyətimi də nəzərə alaraq deyə bilərəm ki, mentorluq bacarığım da var