

Müştəri xidməti, satış və aviasiya sahəsində 4 ildən artıq iş təcrübəsinə malik məsuliyyətli və nəticəyönümlü mütəxəssisəm. Hava limanında fəaliyyət göstərərək sərnişin xidməti, əməliyyatların koordinasiyası və müxtəlif aviaşirkətlərlə iş sahəsində geniş təcrübə qazanmışam. Hazırda 5 beynəlxalq aviaşirkətin nümayəndəsi kimi yüksək məsuliyyət tələb edən iş proseslərini idarə edir, operativ qərarlar qəbul edir və yüksək xidmət keyfiyyətinin təmin olunmasına töhfə verirəm. Komandada işləmək, effektiv ünsiyyət qurmaq və dinamik iş mühitinə tez uyğunlaşmaq mənim əsas üstünlüklərimdəndir. Yeni bilik və bacarıqlar əldə edərək peşəkar inkişafımı davam etdirməyə çalışıram.