Filmlərə baxmağı çox sevirəm. Özümü kinoman adlandıra bilərəm) kitab oxumağı da sevirəm amma fimlər daha maraqlı gəlir. İdmanla məşğul olmaq və baxmağı sevirəm. Futbol, basketball, f1, ufc, tenis, şahmat və s idman növləri ilə həm məşğul olub həm də baxıram. Daha çox işləri ön pland yox arxa planda qalıb həll etməyi sevirəm. Ən sevdiyim film Breaking Bad və Gus roludur. Gus necə sıradan bir rəhbər idi, hərgün işə gəlir və yerləri süpürür, zibilləri atırdı. Mən də eləyəm. Özümü onun kimk görürəm hər zaman. Mağazada da elə davranıram. Heçkim bu qədər planın və starategiyanın arxasında mənim olduğumu ilk baxışdan anlaya bilmir. Sanki sıradan biri kimiyəm amma hərzaman ordayam. İşlərin tam içindəyəm. Heç zaman məsuliyyət qaçmıram. Kiminsə üstünə atmıram. Özüm əlimi daşın altına salmağı sevirəm. Nəqədər çətin olsa belə. Çətinliklər mənə adi gəlir. Mən problemləri həll etmək üçün maaş alıram. İşim budur.
İki ay Park Bulvar adidasda olduqdan sonra Crescent Mall açılan kimi öz mağazama getdim. 28 may 2024 açılış oldu. Daha bir yeni proyekt və yeniliklər. Çox çətin bir açılış oldu. Amma problemlər də var idi. Kolleksiyamız ilə problemlərimiz var idi. Vaxtları düzgün deyildi və seçimləri. 2024 ilk tam ay iyun idi və biz hədəfi etdik. Sonra iyul da etdik. Amma avqust etmədik və okt, noyabr da etmədik. Bu mənim üçün çox çətin idi çünki hədəf etməmək mənim üçün inanilmaz məyusluqdur. Nələrsə yanlış gedirdi. Və dəyişməyə başladım. Daha gücls kollektiv yığmağa başladım. Hədəfim 2025 idi. Və yenə də alındı. 2024 dekabrdan artıq hədəf etməyə başladıq ta bu günə kimi bütün hədəfləri etdik. İnanılmaz rəqəmlər etdik. Crescent 3-cü mərtəbəsi üçün inanilmaz rəqəmlər. 300K üzərinə çıxıb rekord etdik. Kolleksiyası dəyişdik, staffı dəyişdik, gedişatı dəyişdik və alındı. Hərşey uğurlu oldu. İndi isə daha bir yeni və maraqlı proyekt axtarışındayam.
Artıq idarəetmədə kifayət qədər təcrübə toplamışdım. Nəyi necə edəcəyimi çox öncədən planlaşdırmışdım. Əgər menecer olarsam bu şeyləri belə yox belə edə bilərik deyə düşünürdüm hərzaman. Və etdim. Hərşey çox uğurlu alındı. Elə ilk aylardan hədəfləri vurmağa başladım. Artıq rəqəmlərim 200K üzəri oldu. Sonra pandemiya başladı. Bu müddətdə online satış sisteminə keçid etdik. Burada da yeni bir sistemlər qurdum. Elə oldu ki, günə 8-9-10K satışlar etdiyimiz günlər olurdu online satış ilə. Mənim sistemim bəyənildi və şirkətdə tətbiq edilməyə başladı. Whatspp üzərində o qədər yeniliklər etdim ki, baxış sayı 1200+ oldu. Və müştərilər hər paylaşımdan alış etməyə başladılar. Halbuki heçkim o vaxt Whatsapp-in satiş bazarı ola biləcəyinə inanmırdı. Hətta rəhbərlik də. Amma mən inanirdim. Gecə gündüz onun üzərində işlədim və sond uğur qazandım və bütün şirkət bütün mağazalara bu sistemlə getməyi tapşırdı. Artıq mənim etdiklərim bir qayda olmağa başladı. Buna görə şirjət maillar yazıb mağazalardan bucür etməyi tələb etdilər. Çünki orada uğur qazanılmışdı artıq. Şirkət oradan gələn rəqəmləri görmüşdü. Beləcə uğurlu pamdemiya dövrü də keçdik. Sonra yenidən mağazalar açıldı və artıq mən həm online həm offline satış üzrə mütəxəssis olmuşdum. Satışları bu dəfə 250K üzərinə çəkdik. Bu inanılmaz idi. Park Bulvar kimi yerdə hər ay stabil 250K üzəri satış etmək və Gənclik Mall filialından çox satış etmək şirkəti 3 dəfə GM mağazasında dəyişiklərə sövq etdi. Amma mənim günahım deyildi mən öz işimə baxırdım. Elə oldu ki, mənim asistentim menecer götürüldü. Və özümə yeni asistent təyin etdim öz komandamdan. Sonda onu d alıb GM filialına menecer təyin etdilər və beləcə o məni keçə bildi satışdı çünki çox məlumatlı idi. Amma bu ərəfə satışlarımız 300K üzərinə çıxdı. Mağazamız yeniləndi 2023də yeni Park Bulvar Lacoste mağazası açdıq. Yeni konsept, daha böyük mağaza. Və satışlar davam edirdi. Hər ay hədəflər vurulurdu. Və 2024-də şirkətimiz Lacoste brendini digər bir şirkətə satdı. Beləcə mən onlarla yox elə Novco ilə davam etməyə qərar verdim. Sevimli brendimdən ayrıldım və Adidasa keçdim.
Burada artıq karyeramı Novco-d davam etdirnəyə qərar verdim və həyatımda dönüş nöqtəsi saya biləcəyim bir qərarı verdim. 1 il Lacoste Park Bulvar mağazasının asistent meneceri olaraq davam etdim. Yenə də daha bir problemlərlə dolu mağazaya gəlmişdim. Yenə yeni menecer və mən yeni. Hərşeyi sıfırdan qurmağa başladıq. Çoxlu problemlər var idi mağazada. Stock-da çoxlu yanlışlıqlar, staff-la bağlı problemlər və s. Yeni bir komanda qurduq. Və biz gələnə kimi max satışı 100K olan bir mağazanın satışlarını 2 ay içində 150K üzəri etdik. İl sonu artıq bu rəqəmlər 190K idi. Və menecerim Sales Manager oldu elə alındı ki, mən də o zaman Store Manager oldum.
Paralel olaraq Formula və UFC tədbirlərində də Formula1 Store və UFC Store mağazalarında ilk il 2018də asistent manager olaraq başladım və növbəti ildən artıq store manager və area manager olaraq bir neçə mağazanın meneceri olaraq fəaliyyət göstərdim. Hazırda da burada həm assistant of project manager və həm də area store manager olaraq fəaliyyət göstərirəm.
Bu poziyada 2 il çalışdım. Çox uğurlu işlər gördük və böyük nəticələr əldə etdik. O zaman oralar çoxlu problemlər var idi və həm menecer yeniləndi həm də mən ora göndərildim. Demək olar ki, mağazanı yenidən qurduq. Bütün sistemi dəyişdik. Bəzi güclü əməkdaşları saxladıq. Müəyyən müddət sonra isə zəiflərlə sağollaşdıq. Yerlərinə daha güclülərin təyin etdik. Beləliklə rəqəmlər dəyişməyə başladı. Orada artıq A-dan Z-ə bütün işləri üzərimə götürməyə çalışdım ki, menecer daha uzaqdan baxa bilsin rəsmə boşluqları görə bilsin. 1200 kv ərazisi olan bir mağazadan söhbət gedir.
Artıq 2400kv ərazisi olan mağazanın 4 baş satıcısından biri idim. Beləcə mağazanın 1/4 ərazisinə və staff-ın eynən 1/4-ə nəzarət edirdim. Bu 10 nəfər demək idi. O ərazinin bütün modelləri, qiymətləri, tagları, hot zone cold zonelara uyğun yerdəyişməsi, satışın artərılması və staffın yemək, çay vaxtları, istirahət və məzuniyyət günləri hamısı mənim nəzatimdə idi. Bunları görünür uğurlu edə bildim və o 4 nəfərdən ilk mən asistent manager oldum. Digər filiala.
Bu mənim ilk rəsmi iş yerim idi və demək olar hərşeyi burada öyrəndim. Qısa müddət ərzində məhsulların öyrənilməsi, yerbəyer edilməsi, sonradan tez tapıla bilməsi sistemini qurdum, satışın necə idarə edilməsi və həyatə keçirilməsini öyrəndim. Bir müddət sonra artıq digər əməkdaşlara öyrəndiklərim haqqında təlimlər, prezentasiyalar keçməyə başladım. Görünür elə alındı ki, bu qısa müddət ərzində bu bacarıqlarım rəhbər heyət tərəfindən məqbul görüldü və məni baş satış təmsilçisi təyin etdilər.
İdarəetmə üzrə ixtisaslaşmışam bu illər ərzində Təhsilim dövlətlərin idareedilməsi idi lakin elə oldu ki, mağazaları idarə etməyi seçdim Hər mağazanən özü də mənim üçün kiçik bir dövlətdir Müxtəlif dilləri öyrənməyi sevirəm İngilis, malay, ərəb, talış dillərini bilirəm Hələ də öyrənməyə davam edirəm İndi ispan dilini öyrənmək istəyirəm Texnologi yenilikləri daim izləyirəm və öyrənirəm