Mən, Ləman Həsənova, ibtidai sinif müəllimiyəm və hazırda Kaspi Beynəlxalq Məktəbində çalışıram. Bakalavr dərəcəsi- ibtidai müəllimlik ixtisası üzrə Xəzər universitetinin fərqlənmə ilə bitirmişəm. Dərslərimi interaktiv və yaradıcı metodlarla keçirirəm, şagirdlərin öyrənmə prosesinə aktiv şəkildə cəlb olunmasını təmin edirəm. Şagirdlərin motivasiyasını artırmaq üçün müasir texnologiyalardan istifadə edir, eyni zamanda, onları fərdi olaraq tanımağa çalışıram.
İş təcrübəm ərzində, müxtəlif yaş qruplarındakı şagirdlərlə effektiv şəkildə işləmə bacarığı əldə etmişəm. Dərslərimdə şagirdləri müstəqil düşünməyə və problem həll etməyə təşviq edirəm. Gələcəkdə beynəlxalq təhsil layihələrində iştirak etməyi, həmçinin, yeni tədris metodları öyrənməyi planlaşdırıram. Boş vaxtlarımda kitab oxumaq və yeni mədəniyyətləri öyrənməkdən zövq alıram.
Təhsil aldığım məktəbdə- Rayon üzrə riyaziyyat və rus dili üzrə fənn olimpiadalarının qalibi olmuşam . (təltifnamələr ilə)
Xəzər universiteti- Dekanın fəxri vərəqləri (yüksək bal göstəricilərimə əsasən verilmişdir).
Bu sertifikat, əməkdaşlıq fəaliyyəti çərçivəsində göstərdiyim yüksək peşəkarlıq və məsuliyyətə görə verilmişdir.
PYP Category 1 Beynəlxalq sertifikatı
PYP Category 1 Beynəlxalq sertifikatı