• Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyə əsasən müştərilərin uyğunluğu
tədbirlərinin aparılmasını təmin etmək;
• Şübhəli əməliyyatların müəyyən edilməsi və müvafiq səlahiyyətli dövlət orqanına hesabatların verilməsini təmin etmək və digər əməkdaşlar tərəfindən verilən hesabatların keyfiyyətinə nəzarət etmək;
• Risk kateqoriyaları üzrə müştərilərin və əməliyyatların bölgüsünü aparmaq və kateqoriyalar üzrə nəzarət tədbirlərinin həyata keçirilməsini təmin etmək;
• Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyə əsasən tələb olunan daxili
normativ sənədlərin hazırlanmasını və vaxtaşırı yenilənməsini təmin etmək;
• Davamlı və dövri monitorinqlərin həyata keçirilməsini təmin etmək və keyfiyyətinə nəzarət etmək;
• Həyata keçirilmiş əməliyyatlara (əqdlərə) dair məlumat və sənədlərin təqdim olunması barədə MMX-nın sorğularının cavablandırılmasını təmin etmək
• ƏL/TTM üzrə rəhbərliyə rüblük hesabatlar hazırlamaq;
• Cəmiyyətin maraqların toqquşması ilə bağlı normativ sənədlərinin tələblərinə riayət edilməsinə nəzarət etmək;
• Aidiyyəti şəxslərlə bağlı əməliyyatların qanunvericiliyə əsasən tənzimlənməsini izləmək;
• FATCA/CRS üzrə tələblərə riayət edilməsinə nəzarət etmək və müvafiq hesabatların hazırlanıb səlahiyyətli orqana təqdim edilməsini təmin etmək.