Planlama
- Qida məhsullarına olan tələbatın dəqiq proqnozlaşdırılması və planlaşdırılması.
- Anbar ehtiyatlarının idarə edilməsi və optimal səviyyədə saxlanılması.
- Mövsümi və regional məhsul tələblərinə uyğun sifarişlərin tərtib olunması.
- İstehsal və satış planlarına uyğun təchizat planlarının hazırlanması.
- Tədarük zəncirində gecikmələrin qarşısının alınması üçün tədbirlərin görülməsi.
Satınalma
- Təchizatçıların seçilməsi və qiymətləndirilməsi üzrə bazar araşdırmasının aparılması.
- Qida məhsullarının alınması üzrə müqavilə şərtlərinin hazırlanması və danışıqların aparılması.
- Təchizatçılarla uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması.
- Məhsulların keyfiyyəti, miqdarı və çatdırılma vaxtına nəzarət.
- Satınalma xərclərinin optimallaşdırılması və büdcənin idarə olunması.
- Beynəlxalq və ya yerli tədarükçülərlə əməkdaşlıq proseslərinin koordinasiyası.
İdarəetmə və Kommunikasiya
- Təchizat və planlama üzrə komanda işinin təşkili və idarə edilməsi.
- Daxili maraqlı tərəflər (istehsal, logistika, satış) ilə əlaqələndirilmiş işin təmin edilməsi.
- Rəhbərliyə müntəzəm hesabatların təqdim olunması və qərarvermə prosesinə dəstək.
- Təchizatçılarla effektiv kommunikasiya və əməkdaşlıq əlaqələrinin inkişafı.