Təcrübəli sahə tibb bacısı olaraq xəstələrə keyfiyyətli tibbi xidmət göstərməkdə peşəkaram. İlkin tibbi yardım, xəstələrin sağlamlıq vəziyyətinə nəzarət, peyvənd və müalicə prosedurlarının icrasında təcrübəm var. Pasiyentlərlə mehriban və peşəkar ünsiyyət qurmaq bacarığına malikəm. Komanda işinə uyğun, dəqiq və məsuliyyətliyəm.
• Pasiyentlərin ilkin tibbi müayinəsini aparmaq və onların vəziyyətini izləmək
• Həkimin göstərişinə əsasən tibbi prosedurların yerinə yetirilməsi (iynə, sistem, peyvənd və s.)
• Tibbi sənədlərin düzgün doldurulması və qeydiyyat işlərinin aparılması
• Doğum əməliyyatlarında (keysəriyyə və digər müdaxilələr) həkimə kömək etmək
• Əməliyyat otağının və steril alətlərin hazırlanması
• Pasiyentin əməliyyata fiziki və psixoloji baxımdan hazırlanması
• Əməliyyat sonrası pasiyentin nəzarətdə saxlanması və ilkin tibbi yardımı göstərmək
• Sterillik və infeksiya nəzarəti qaydalarına riayət etmək
• Ginekoloji pasiyentlərə tibbi yardımın göstərilməsi
• Həkim göstərişlərinin icrası və prosedurların yerinə yetirilməsi
• Pasiyentlərin müayinəyə hazırlanması və qayğısına qalınması
• Tibb avadanlıqlarının dezinfeksiya və sterilizasiyası
Təcili tibbi yardım – Xəstələrə ilkin tibbi yardım göstərmək və kritik hallarda düzgün müdaxilə etmək
İynə və sistem qoymaq – Damar daxili və əzələ inyeksiyalarını yerinə yetirmək
Xəstələrin vəziyyətinə nəzarət – Qan təzyiqi, nəbz, temperatur kimi əsas göstəriciləri yoxlamaq
Peyvənd və profilaktik tədbirlər – Xəstələrə peyvənd etmək və maarifləndirmək
Xəstələrlə ünsiyyət və psixoloji dəstək – Xəstələrlə düzgün ünsiyyət qurmaq və onlara psixoloji dəstək vermək
Tibbi sənədləşmə – Xəstə qeydlərinin düzgün aparılması və müvafiq sənədləşmənin təşkili
Gigiyena və infeksiya nəzarəti – Tibb müəssisəsində gigiyenik qaydalara riayət etmək və infeksiya riskini azaltmaq