

Müştəri xidmətləri sahəsində yeddi illik təcrübəyə malik mütəxəssisəm. Müştəri məmnuniyyətinin artırılması və proseslərin optimallaşdırılması istiqamətində nəticəyönümlü və gələcəyə fokuslanmış yanaşma sərgiləyirəm. Bank və korporativ sahədə kredit əməliyyatları, sənəd dövriyyəsi və müştəri məlumatlarının idarə olunması üzrə geniş təcrübəyə sahibəm.Kredit portfelinin idarə olunması, müqavilələrin təhlili və daxili prosedurlara uyğun sənəd idarəçiliyi sahəsində ixtisaslaşmışam.
· Onlayn hissəvi ödəniş (kredit) üzrə müqavilələrin çap edilməsi və ilkin yoxlanılması
· Müqavilə məlumatlarının düzgünlüyünün nəzarətdə saxlanılması və uyğunsuzluq hallarında aidiyyati şəxslərə yönləndirilməsi
· Gün ərzində daxil olan elektron məktubların (e-mail) operativ şəkildə cavablandırılması və tapşırıqların icrası
· Geri qaytarılan məhsullar üzrə rəsmi yazışmaların aparılması və qaytarılma əməliyyatlarının icra edilməsi
· Hazırlanmış müqavilələrin müvafiq departamentlərə vaxtında təhvil verilməsinə nəzarət
· Şirkətin mövcud kampaniya və xidmətləri barədə müştərilərin məlumatlandırılması
· Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq icra edilməsi