

Hüquq üzrə ali təhsilə və 15 ildən artıq müxtəlif sahələrdə iş təcrübəsinə malik məsuliyyətli mütəxəssisəm. İstehsalat, əməliyyat idarəçiliyi, hüquqi məsələlər, texniki işlər, montaj, qaynaq, komanda rəhbərliyi və administrativ fəaliyyət sahələrində geniş praktiki təcrübəyə sahibəm. Hüquqi biliklərimi texniki və idarəetmə bacarıqlarımla birləşdirərək sənədlərlə işləmə, koordinasiya, operativ qərarverma və problem həll etmə sahələrində effektiv fəaliyyət qabiliyyətinə malikəm. Azərbaycan, Ukrayna və Almaniyada geniş iş təcrübəsi qazanmışam. İş intizamına, təhlükəsizlik qaydalarına və keyfiyyət standartlarına yüksək səviyyədə riayət edir, yeni iş mühitinə tez uyğunlaşır və komandada effektiv işləməyi bacaram.