Əmək fəaliyyətinə 30.08.2013-cü il tarixdən Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçi (müddətli əmək müqaviləsi ilə) vəzifəsində başlamışam. 22.09.2014-cü ilədək həmin vəzifədə işləmişəm. 22.09.2014-cü il tarixdən 17.12.2018-ci il tarixədək Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçi (kadrlar üzrə işin aparıcısı) vəzifəsində çalışmışam. 18.12.2018-ci il tarixdən hal-hazıradək Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Hüquq və kadr məsələləri şöbəsinin Kadrların uçotu sektorunun məsləhətçi vəzifəsində çalışıram.
Əmək fəaliyyətinə başladığım vaxtdan müxtəlif təlim və konfranslarda iştirak etmişəm. Peşəmlə əlaqədar olaraq, bir çox elektron informasiya portallarından, sistemlərindən mütəmadi olaraq istifadə edirəm. Dövlət qulluqçularının Reyestr İnformasiya Sistemindən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və məşğulluq" altsistemi portalından, elektron sənəd sistemi dövriyyəsi sistemindən, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçilərin peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması barədə İSB portalından sərbəst istifadə etməyi bacarıram. Dövlət qulluğunun kiçik referentiyəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm.
İş prosesində ofis proqramlarından, internetdən istifadə edirəm Əmək fəaliyyəti dövründə komanda ilə işləmək bacarığımı, stresə davamlılığımı, digər qurumlarla ünsiyyət bacarıqlarımı təkmilləşdirmişəm