Müqavilələrin idarəsi və müqavilə arxivinin qurulması, müqavilələrin hüquqi ekspertizası;
Şirkət daxilində korporativ hüquqi dəstəyin göstərilməsi, daxili normativ sənədlərin hüquqi təhlilinin təşkili və aparılması, müxtəlif məsələlər üzrə hüquqi rəylərin hazırlanması;
öz səlahiyyətləri daxilində biznes proseslərində risklərin, o cümlədən hüquqi risklərin aşkar edilməsi, qarşısının alınması üçün tədbirlər planının hazırlanması;
Müvafiq həllər gətirməklə proseslərin tənzimlənməsi:
Sənəd dövriyyəsi prosedurunun təşkili;
Əqli mülkiyyət hüquqlarının qeydiyyatı və qorunması;
Müqavilə və malların alınması prosesinin elektronlaşdırılması;
Şirkətdaxili kargüzarlığın aparılması, arxiv sisteminin qurulması, bu işlərə ümumi rəhbərlik;
Cəmiyyətin maraqlarının dövlət qurumlarında və məhkəmələrdə qorunması, cinayət, antiinhisar, haqsız rəqabət və inzibati xətalarla bağlı işlərdə cəmiyyətin hüquqlarının müdafiəsi;
Departament (Şöbə) daxilində işçilər arasında əmək və icra intizamının qorunması və təşviqi.
Departament (Şöbə)nin fəaliyyətini yaxşılaşdırmaq üçün strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi.
Təşkilati məqsədlərə uyğunluğu təmin etmək üçün siyasət və prosedurların yaradılması.
Departament (Şöbə)nin kadr ehtiyaclarının qiymətləndirilməsi, kadrların işə götürülməsi və yeni işə qəbul olunanlar üçün öz səlahiyyətləri daxilində təlimlərin keçirilməsi.
Layihələr üzrə irəliləyişləri nəzərdən keçirmək üçün komanda üzvləri ilə müntəzəm görüşlər.
Departament (Şöbə)nin uğuru üçün aydın məqsədlərin, vəzifələrin və müddətlərin müəyyən edilməsi.
Fəaliyyətləri əlaqələndirmək və uğurlu nəticələri təmin etmək üçün digər şöbələrlə əməkdaşlıq etmək.
Müəyyən edilmiş hədəflərə və meyarlara uyğun olaraq şöbənin fəaliyyətinin monitorinqi.
Satıcılar, təchizatçılar, müştərilər kimi xarici maraqlı tərəflərlə müsbət münasibətlərin saxlanılması.
Müsbət iş mühitini qoruyaraq komanda üzvləri arasında olan münaqişələrin vaxtında həll edilməsi.
Departament (Şöbə)nin əsas nailiyyətlərini əks etdirən yüksək rəhbərliyə təqdimatların hazırlanması.
Tapşırıqları yerinə yetirmək üçün satış tərəfdaşları ilə sıx işləmək;
Hüquqi və fiziki şəxslərə peşəkar hüquqi yardımın göstərilməsi;
Cinayət işlərində təqsirləndirilən şəxslərin müdafiəsi;
İddia, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması;
mülki və cinayət işləri üzrə sübutların toplanması və qiymətləndirilməsi;
İnzibati xəta haqqında işlər üzrə prosedurun aparılması;
Rəqabət əleyhinə, Antiinhisar qanunvericiliyi işlərində subyektlərin hüquqlarının müdafiəsi.
Müqavilələrin idarədedilməsi və hüquqi ekspertizası;
Daxili normativ sənədlərin hüquqi ekspertizası;
Hüquqi şəxslərin, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət və özəl tərəfdaşlıq çərçivəsində hüquqi şəxslərin yaradılması, təsis sənədlərinin hazırlanması, müvafiq razılıqların alınması;
Birgə müəssisələrin yaradılması, təsis müqavilələrinin və sənədlərinin hazırlanması;
Partlayıcı maddələr sahəsində qanunvericilik, bu sahədə fəaliyyət göstərmək üçün hüquqi şəxsin yaradılması və fəaliyyəti;
Mədənçıxarma sənayesinə dair qanunvericiliyin təhlili, norma yaradıcılıq fəaliyyəti, müvafiq yuxarı orqanların sərəncamlarının layihələrinin hazırlanması, mədənçıxarma sənayesi üzrə qanunvericilik layihələrinin təhlili və təkliflərin verilməsi;
qanunvericiliyə uyğun olaraq satınalmalara dəstək verən dövlət satınalmaları üzrə komissiyanın üzvü fəaliyyəti;
Müqavilə və müqavilənin icrası ilə bağlı sənədlərdə qanuna uyğunluq funksiyasının həyata keçirilməsi; Hüquqi rəylərin hazırlanması (IRAC);
Torpaqların kateqoriyasının dəyişdirilməsi ilə bağlı işlərin aparılması;
Cəmiyyətin hüquq və mənafelərinin məhkəmələrdə müdafiəsi;
Qiymətli kağızların o cümlədən istiqrazların emissiyası.
Sektor işçiləri arasında əmək və icra intizamına nəzarət.
Yeni yaradılmış cəmiyyətin fəaliyyətinin hüquqi əsaslarının yaradılması;
Müqavilə idarəetmə prosesinin qurulması;
Əmək qanunvericiliyinə uyğun olaraq müvafiq kadr prosesinin qurulması və sənədlərin hazırlanması;
Dövlət orqanlarından müvafiq lisenziya və icazələrin alınmasının təmin edilməsi
Hüquqi araşdırmaların aparılması və müxtəlif korporativ məsələlər üzrə hüquqi rəylərin hazırlanması.
Müqavilələrin, və korporativ əməliyyatlarla bağlı digər sənədlərin hazırlanması.
Kapital qoyuluşları və ya borcların yenidən maliyyələşdirilməsini tələb edən maliyyələşdirmə tədbirlərinin strukturlaşdırılması.
Korporativ idarəetmə qaydaları və ən yaxşı təcrübələrlə bağlı rəhbərliyə məsləhət.
Yurisdiksiya üzrə bank qanunlarına uyğunluğu təmin etmək üçün siyasətlərin hüquqi ekspertizası.
Komandanın idarəedilməsi
İş axınının koordinasiyası
Komandadaxili Performans İdarəetməsi
Planlaşdırma
Problemin həlli
Zərərlərin qarşısının alınması