

Məsuliyyətli, ünsiyyətcil və nəticəyönümlü əməkdaş olaraq iş mühitinə tez uyğunlaşa bilirəm. Satış, daxili nəzarət və hesabatlılıq sahələrində əldə etdiyim təcrübə sayəsində verilən tapşırıqları operativ və dəqiq şəkildə yerinə yetirirəm. Komanda ilə işləmək, problem həll etmək və iş prosesinin effektivliyinə töhfə vermək əsas üstünlüklərimdəndir. Daim öz üzərimdə çalışır, yeni bilik və bacarıqlar əldə etməyə önəm verirəm. Uzunmüddətli və stabil iş mühitində peşəkar inkişaf etməyi hədəfləyirəm.
Məhsulların satış nöqtələrində düzgün yerləşdirilməsinin təmin edilməsi
Rəf düzülüşünə və stok vəziyyətinə nəzarət
Satış göstəricilərinin artırılması üçün marketinq fəaliyyətlərinin icrası
Şəxsi inkişaf və peşəkar təlimlərə xüsusi maraq göstərirəm. Daim bilik və bacarıqlarımı artırmaq üçün müxtəlif təlim, seminar və inkişaf proqramlarında iştirak edirəm. Yenilikləri öyrənməyə açıq, öz üzərində çalışan və həm peşəkar, həm də ünsiyyət bacarıqlarını inkişaf etdirməyə önəm verən biriyəm.